“Qafqazinfo” xəbər verir ki, lahiyə çərçivəsində növbəti tədbir bu gün Şəki şəhərindəki Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbdə keçirilib.
Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Elmansoy yeniyetmə və gənclərimizin vətənpərvər ruhda tərbiyyə olunmasinin vacibliyindən danışıb
Layihənin eksperti, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin İdarə Heyətinin üzvü Seymur Verdizadə təmsil etdiyi təşkilatın gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərdən danışıb. S.Verdizadə bildirib ki, milli donorların fəaliyyətə başlaması Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafına böyük töfhə verib.
TUMİB Gənclər Mərkəzinin sədri Elnur Camalov, tədbir iştirakçılardan Bəhman Məmmədov, Ramiz İbrahimov, Günel Əfəndiyeva, Nigar Salmanzadə, Ülvi Məmmədli və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı olacaqlarını vurğulayıblar. Tədbirin sonunda iştirakçıların bir qisminə TUMİB-in xüsusi diplomu təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər