Tunellərdə əlavə işıqlandırma quruldu - Foto

tunellerde-elave-isiqlandirma-quruldu
Oxunma sayı: 2058

Paytaxtın ən böyük tunellərindən biri olan Ziya Bünyadov prospektinin “Xutor” dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çox istiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub. 

Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, məqsəd sözügedən ərazidə həm gündüz, həm də sutkanın qaranlıq saatlarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.

Yeni işıqlandırma sistemi avtomobil tunellərinin yan divarları boyunca quraşdırılıb.