Tunis Prezidenti vəfat etdi

tunis-prezidenti-vefat-etdi
Oxunma sayı: 1525

2014-cü ildən Tunisə rəhbərlik edən Beji Kaid əs-Sebsi 92 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlət başçısı bu gün Tunisdə hospitalların birində saat 10:25-də vəfat edib. Bu barədə Prezident Aparatı məlumat yayıb.

“Al-Arabiya” telekanalının xəbərinə görə, Tunisi müvəqqəti olaraq  (45-90 gün ərzində) parlamentin spikeri Məhəmməd ən-Naser idarə edəcək. 

Qeyd edək ki, bu gün Sebsinin səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirildiyinə dair məlumat yayılmışdı.