Tunis tarixində ilk

tunis-tarixinde-ilk
Oxunma sayı: 2279

Tunis parlamenti yeni hökumətin tərkibini təsdiqləməyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Tunis Xəbər Agentliyi informasiya yayıb.

Bildirilir ki, yeni hökumət Tunisin təyin edilmiş Baş Naziri Həbibi əl-Jamli tərəfindən təklif edilib. Deputatların əksəriyyəti, yəni 134 nəfər, təklif olunan namizədlərin əleyhinə səs verib.

Qeyd olunur ki, bu hadisə ölkə tarixində ilk dəfə baş verib.