“Qafqazinfo” xarici KİV-ə istinadən xəbərə verir ki, Tunisdə Susa turizm mərkəzində yerləşən iki otelə daxil olan şəxs qarşısına keçən hər kəsi güllələyib. Hadisə nəticəsində aralarında turistlər də olmaqla 40 nəfər həlak olub. Ölənlər arasında otel işçiləri də olub.
Məlum olub ki, hadisəni törədən tunisli tələbə “Kalaşnikov” avtomatını otelə çimərlik çətirinin içində keçirib. Tələbə 73 nəfəri güllələdikdən sonra polislər tərəfindən öldürülüb.
Qeyd edək ki, Tunisdə bu ilin martında paytaxt Bardo şəhərində müzeyə edilən silahlı hücum zamanı 22 turist öldürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər