Tunisdə əhali yenidən küçələrdə - Fotolar

tunisde-ehali-yeniden-kucelerde
Oxunma sayı: 1160

2011-ci ildə “Ərəb baharı”nın başladığı yer olan Tunisdə bir çox şəhərdə əhali yenidən küçələrə axışıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bu il 1 yanvarda hökumətin qiymət artımı və büdcə kəsrləri ilə bağlı qərarları xalqın etirazı ilə üzləşib.

İki gündür davam edən aksiyalarda 1 nəfər ölüb, 206 nəfər isə saxlanılıb.

Etirazçılar polislərə aid maşınları yandırıb, yolları bağlayıblar. Hadisələr zamanı 49 polis yaralanıb, 45 avtomobil isə yandırılıb.