Tunisdə fövqəladə vəziyyət rejimi yenə uzadıldı

tunisde-fovqelade-veziyyet-rejimi-yene-uzadildi
Oxunma sayı: 759

Tunis prezidenti Beji Kaid əs-Sebsi 2015-ci ildən ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimin müddətinin növbəti dəfə uzadılması barədə qərar verib.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, o, bu barədə baş nazir Yusif Şahid və parlament sədri Məhəmməd Nəsirlə keçirilən müşavirədə razılıq əldə olunduğunu deyib.

Qərara əsasən fövqəladə vəziyyət rejimi 5 aprelə qədər qüvvədə olacaq.

Qeyd edək ki, bu rejim 24 noabrd 2015-ci ildə prezidentin mühafizə polislərini hədəf alan bombalı hücumdan sonra tətbiq edilməyə başlayıb.

Bu hadisədən sonra Daxili İşlər Nazirliyinə və təhlükəsizlik xidməti işçiərinə mitinqlərin keçirilməsini qadağan etmək, məhkəmə qərarı olmadan axtarış aparmaq, mətbuata nəzarət etmək kimi səlahiyyətlər verilib.