Tunisdə kamikadze özünü partlatdı, 5 yaralı var

tunisde-kamikadze-ozunu-partlatdi-5-yarali-var
Oxunma sayı: 1147

Tunisdə ABŞ səfirliyi yaxınlığında partlayış törədilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib.

Terror aktı nəticəsində 5 mühafizə əməkdaşı yaralanıb. Özünü partladan şəxs isə yerindəcə keçinib.

Qeyd edək ki, 2015-ci ilin iyunundan etibarən Tunisdə fövqəladə vəziyyət elan olunub.