Tunisdə bir neçə partlayış törədilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk partlayış Fransa səfirliyinin binası yaxınlığında törədilib. Bir nəfər kamikadze özünü polis maşını yaxınlığında partladıb. Bir nəfərin öldüyü, 5-6 nəfərin yaralandığı bildirilir.
Daha bir partlayış isə terrorizmlə mübarizə idarəsinin binası yanında eyni vaxtda törədilib. Minalanmış avtomobil partladılıb. 6 polisin, 3 nəfər dinc sakinin yaralandığı bildirilir.
Partlayışlardan sonra prezident sarayının və hökumət idarələrinin mühafizəsi gücləndirilib.
Son xəbərlər
Son Xəbərlər