Tunis prezidenti Beji Kaid əs-Sebsinin ölümü səbəbindən ölkə növbədənkənar prezident seçkilərinə gedir.
“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, ölkədə seçkilər sentyabrın 15-də keçiriləcək. Daha əvvəl prezident seçkilərinin noyabrın 17-də keçirilməsi planlaşdırılırdı.
Xatırladaq ki, Beji Kaid dünən 92 yaşında dünyasını dəyişib. Ölkədə 7 günlük matəm elan olunub.
Son xəbərlər
Son Xəbərlər