Tunisdə iki nəfər anomal soyuq havalardan ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Yağan güclü qar səbəbindən yollarda avtomobillərin hərəkəti iflic olub.
Milli Qvardiyanın baş idarəsindən bildirilib ki, əlverişsiz hava şəraitinə görə ölkənin beş əyalətinin 32 magistral yolunda hərəkət dayandırılıb.
Cenduba əyalətinin qubernatoru Məhəmməd Sidqi Buaon bildirib ki, Tunisin şimal-qərbinə 40 santimetr qalınlığında qar yağıb.
Son xəbərlər
Son Xəbərlər