Tünzalə Əliyevanın dəfn yeri açıqlandı

tunzale-eliyevanin-defn-yeri-aciqlandi
Oxunma sayı: 9501

Bu gün vəfat edən Əməkdar atist Tünzalə Əliyeva “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhumun sənətçi dostu Ülviyyə Əliyeva açıqlama verib.

Aktrisanın sözlərinə görə, dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq.

Mərhumla vida mərasimi isə sabah saat 11.00-da Heydər məscidində təşkil olunacaq.

Qeyd edək ki, aktrisa Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.