Tünzalə konsert təqdim etdi

tunzale-konsert-teqdim-etdi
Oxunma sayı: 1301


“Qafqazinfo” xəbər verir ki, Tünzalə Ağayeva birinci Avropa Oyunlarına həsr olunan konsertin təşkilində onu dəstəkləyən Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib və belə bir məkanda iki gün solo çıxış edəcəyindən qürur duyduğunu deyib.  Müğənni konsertdə populyar mahnılarının yeni variantlarını, həmçinin dünyada məşhur olan kompozisiyaları, birinci Avropa Oyunlarına həsr edilən “Bakının üzü gülür” mahnısını səsləndirib.

Xatırladaq ki, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınmışdı. Bu məqamı xatırlayan müğənni həlak olanların ailələrinə başsağlığı verib və onlara səbir diləyib. Daha sonra T.Ağayeva dahi Hüseyn Cavidin sözlərinə bəstələnmiş “Gülbahar” mahnısını ifa edib. /Azərtac/