Tur ovlayan şəxs saxlanıldı

tur-ovlayan-sexs-saxlanildi
Oxunma sayı: 2805

İsmayıllı rayonu, Burovdal kəndi yaxınlığındakı dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin  İsmayıllı rayonu, Candahar kənd sakini Rövşən Cavadov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və  qanunamüvafiq tədbir görülüb”, - X.Mirzəyev deyib.