Onlardan 12-si dünən buraxılıb. 14 nəfərin isə bu gün məhkəməsi keçiriləcək.
Hazırda saxlanılanlar Nəsimi rayon məhkəməsinə gətirilib. Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Cavid Hacıbəyli “Qafqazinfo” ya açıqlamasında bildirib ki, Müsavat partiyasından iki nəfər məhkəməyə gətirilib. Onlar Tural Abbaslı və Şamil Beydulladır.
***
Dünən "Nida" vətəndaş hərəkatının üzvlərinə həbs cəzası kəsiləndən sonra alınmış spontan etiraz aksiyasında saxlanılanlardan 14 nəfər artıq Nəsimi rayon məhkəməsinə gətirilib.
Musavat.com-un məlumatına görə, məhkəmənin qarşısı polislərlə və mülki geyimli təxribatçılarla doludur. Onlar açıq şəkildə məhkəmə önünə gələnləri küçə söyüşləri ilə təhqir edirlər. Obyektiv TV-nin jurnalisti Hüseyn Əzizoğlu mülki geyimli şəxs tərəfindən döyülüb. Onun eynəyi sındırılıb, kamerası əlindən azılıb.
Məhkəmə önünə heç kəsi buraxmırlar. Təxribatçılar insanları təxribata çəkirlər. Hazırda məhkəmə çıxarılacaq şəxslər polis maşınlarının içərisində gözləyirlər.
***
Məhkəməyə gətirilən şəxslərin adı məlum olub. “Qafqazinfo” ya verilən məlumata görə, onların sayı 17 nəfərdir
Tural Abbaslı
Şamil Beydulla
Orxan Eyyubzadə
Hüseyn Qarasulu
Kəmalə Bənənyarlı
Türkel Əlisoy
Orxan Nurullayev
Rəsul Mürsəlov
Hacı Zeynalov
Füzuli Ovcuyev
Şəfi Şəfiyev
Kamran Zeynalov
Rəhman Məmmədli
Toğrul İbrahim
Orxan Rüstəmzadə
Tural İbrahim
Nicat Məmmədbəyli
***
Türkel Əlisoy artıq azadlığa buraxılıb. O, 400 manat cərimə edilib.
***
Nəsimi məhkəməsinin qərarı ilə Hacı Zeynalova 15 sutka həbs verilib.
***
Aksiyada saxlanılanlardan Tural Abbaslı, Şəfi Şəfiyev və Hacı Zeynallıya 15 sutka, Orxan Eyyubzadə və Kəmalə Bənənyarlıya isə 20 sutka həbs cəzası verilib.
***
Toğrul İbrahim, Orxan Rüstəmzadə isə 600 manat cərimələniblər.
Hüseyn Novruzov (Qarasulu), Rəsul Mürsəlov, Turan İbrahim xəbərdarlıq alaraq sərbəst buraxılıb
Günel
Son xəbərlər
Son Xəbərlər