Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə icma üzvləri arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, icma rəhbəri, millət vəkili Tural Gəncəliyev səfir Erkan Özoralı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında görməkdən məmnun olduğunu bildirib. Qeyd edilib ki, bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin birgə fəaliyyəti Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının haqq səsinin beynəlxalq aləmdə daha çox eşidilməsinə təkan verib. İcma üzvləri gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişlənməsi üçün təkliflərini səsləndirdilər.
Səfir Erkan Özoral bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq. Səfir, Ermənistanın işğalı zamanı evlərindən didərgin düşmüş soydaşlarmızın tezliklə dinc şəraitdə geri dönəcəklərinə əminliyini ifadə edib.
Son xəbərlər
Son Xəbərlər