“Əclafın biri avtomobilimin təkərini bıçaqla deşib. Dünən yola çıxanda təkər normal idi. Yolda başlayıb boşalmağa. Yolda bir sürücü boş olduğunu deyəndə saxlayıb baxıram ki, kəsiblər”.
“Qafqzinfo” xəbər verir ki, bu sözləri tanınmış DJ, “Avtostop” verilişinin aparıcısı Tural Yusifov yazıb. O, qeyd edib ki, bundan sonra maşına qarşı hər kəs daha diqqətli olmalıdır:
“İndi bu dəyyus düşünməyib ki, mən ailəmlə gedəndə başıma bir şey gələr? Necə rahat yatmaq olar belə? Bundan sonra təkərləri əlbəəl, havasından savayı kəsiyini də yoxlamaq lazımdır”.
Son xəbərlər
Son Xəbərlər