Sərbəst güləşçimiz Turan Bayramov “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşıb.
Qələbə çalan T.Bayramov 1/4 finala yüksəlib. O, 1/4 finalda Frank Çamizo (İtaliya) - Avtandil Kentçadze (Gürcüstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
***
1/4 final mərhələsində İtaliya təmsilçisi Frank Çamizo ilə üz-üzə gələn Bayramov rəqibinə 1:3 hesabı ilə uduzub. Çamizo finala çıxacağı təqdirdə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.











Son xəbərlər
Son Xəbərlər