“Turan” ev oyunlarını harada keçirəcək?

turan-ev-oyunlarini-harada-kecirecek
Oxunma sayı: 648

Azerisport.az xəbər verir ki, Tovuz klubunun rəhbərliyi hələlik bu problemi necə yoluna qoyacağını dəqiqləşdirməyib.

Bölgə təmsilçisi böyük ehtimalla Tovuza daha yaxın olan Gəncə şəhər stadionuna üstünlük verəcək. Hansı ki, burada “Kəpəz” də çıxış edir. Lakin başqa variantların da baş tutması ehtimalı az deyil.

Qeyd edək ki, Tovuz stadionu Premyer Liqanın 15-ci turunun "Qarabağ"la oyunundan sonra hakimlərin bu arenada döyülməsinə görə iki oyunluq diskvalifikasiya edilib.