Turan Manafov Yunanıstan klubuna keçdi

turan-manafov-yunanistan-klubuna-kecdi
Oxunma sayı: 1480

"Səbail"in futbolçusu Turan Manafov Yunanıstanın “Olimpiakos Volos” klubuna keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı cinah müdafiəçisi sözügedən komandada icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir.