Turan Səfərli Ukraynaya belə dəstək oldu - Video

turan-seferli-ukraynaya-bele-destek-oldu
Oxunma sayı: 4600

Vokal ifaçıları Turan Səfərli (beynəlxalq müsabiqələr laureatı) və Atəş Qarayev (Opera və Balet Teatrının solisti) Ukraynaya dəstək olublar. 

“Qafqazinfo” xəbər verir ki, sənətçilər Ukrayna Dövlət Himnini Azərbaycan dilində oxuyub, videoçarx hazırlayıblar. 

Turan Səfərlinin təşəbbüsü ilə hazırlanan kompozisiyada Bakı Musiqi Akademiyasının konsertmeysteri Ülviyyə Əliyeva da yer alıb. Videoçarx sosial şəbəkələrdə böyük marağa səbəb olub. 

Qeyd edək ki, Atəş Qarayev Vətən müharibəsi qazisidir.