Futbol üzrə Azərbaycan birinci divizionunun çempionu müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra “Turan Tovuz” birinciliyi təmin edib.
Belə ki, turun mərkəzi görüşündə “Səbail”lə “Zaqatala”nın 1:1-lik heç-heçəsi sona 2 tur qalmış çempionu müəyyənləşdirib.
“Turan Tovuz”la “Səbail” arasında 6 xal fərqi var. Belə də Bakı təmsilçisi rəqibinə çata bilər. Lakin şəxsi oyunlardakı üstünlük bölgə təmsilçisini erkən çempion edib.
Son xəbərlər
Son Xəbərlər