“Turan Tovuz” Bakıdan xalsız qayıdır

turan-tovuz-bakidan-xalsiz-qayidir
Oxunma sayı: 1690

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

“Neftçi-2” - “Sabah-2” oyununda hesab açılmayıb. “Qarabağ-2” “Turan Tovuz”u 2 cavabsız qolla məğlub edib. “Səbail-2” isə “Şüvəlan”a məğlub olub.

27 avqust

“Neftçi-2” - “Sabah-2” - 0:0

“Qarabağ-2” - “Turan Tovuz” - 2:0

Qollar: Xaqani Sadıqov, 67. Tural Bayramov, 83.

“Səbail-2” - “Şüvəlan” - 1:2

Qollar: Emil Həsənzadə, 28. Qara Qarayev, 41. Rəhman Musayev, 84.

Turun qalan görüşləri sabah keçiriləcək:

“Keşlə-2” - “Sumqayıt-2”

MOİK - “Kəpəz”

“Ağsu” - “Zirə-2”

“Zaqatala” - “Qaradağ Lökbatan”

Qeyd edək ki, “Qarabağ-2” 6 xalla liderdir.