“Turan Tovuz” daha bir legioneri ilə yeni müqavilə bağladı

turan-tovuz-daha-bir-legioneri-ile-yeni-muqavile-bagladi
Oxunma sayı: 2101

“Turan Tovuz” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, Alexandro Serrano ilə də razılıq əldə olunub.

Anlaşmaya əsasən, ispaniyalı yarmmüdafiəçi 2024/2025 mövsümündə də Tovuz klubunun formasını geyinəcək.

“Turan Tovuz” daha əvvəl Aleks Souza ilə 2, Şəhriyar Əliyevlə 1+1, Emmanuel Hakmanla 1 illik sözləşmə imzalayıb.