“Turan Tovuz” Premyer Liqada

turan-tovuz-premyer-liqada
Oxunma sayı: 749

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XXIV tura start verilib. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

"Turan Tovuz" doğma azarkeşləri önündə MOİK-i qəbul edib. Tovuzlulara minimal hesablı qələbə qazandıran qola 90+2-ci dəqiqədə Rəhman Musayev imza atıb. 1:0 hesablı qələbədən sonra xallarının sayını 57-ə yüksəldən Əsgər Abdullayevin komandası sonra 2 tur qalmış ən azı "gümüş"ü təmin edib.

Bu nəticə həm də "Turan Tovuz"un Premyer Liqaya vəsiqə qazanmasını rəsmiləşdirib. Ancaq təbii ki, əvvəlcə lisenziyalaşdırma qaydalarına əməl etmək lazımdı. Əks halda çempionluğu qazanmaq belə, elitaya yüksəlməyə kifayət etməyəcək. Çünki Azərbgaycan futbolunda dəfələrlə belə anormallıqlara rast gəlmişik. Hər halda "Neftçala"nın ardıcıl 2 dəfə çempion olmasına baxmayaraq, lisenziyalaşdırma qaydalarına əməl etmədiyi üçün dağılması uzaq keçmişdə deyil.

Bir oyun az keçirməklə 50 xalı olan "Səbail" isə 2-ci pillədə qərarlaşıb.

Günün digər matçında isə "Qaradağ Lökbatan" İmişli səfərində özünü qonaq kimi aparmayıb. Azər Bağırovun komandası "Mil-Muğan"ı 4:2 hesabı ilə məğlub edərək, 3-cü pilləyə yüksəlib.

"Rəvan" oyun alqı-satqısına görə çempionatdan uzaqlaşdırıldığından "Ağsu" texniki qələbə qazanıb. 

I divizion

13 aprel

“Turan Tovuz” – MOİK – 1:0

Rəhman Musayev, 90+2

“Mil-Muğan” - “Qaradağ Lökbatan” – 2:4

Raul Yaqubzadə, 69; Mübarək Şahquliyev, 81 (ö.q) // Mübarək Şahquliyev, 21; Sabir Allahquliyev, 32; Elgiz Kərimli, 43; Rüfət Məmmədov, 64