“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Araz-Naxçıvan”a qarşı

turan-tovuz-zireye-sabah-araz-naxcivana-qarsi
Oxunma sayı: 1255

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Zirə”ni qəbul edəcək.

Digər oyun isə “Sabah”la “Araz-Naxçıvan” arasında keçiriləcək.

Azərbaycan Premyer Liqası
25-ci tur
4 mart

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Tovuz şəhər stadionu, 17:30.

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 19:30.