“Turan Tovuz” “Zirə”yə, “Səbail” “Qəbələ”yə qarşı

turan-tovuz-zireye-sebail-qebeleye-qarsi
Oxunma sayı: 1048

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.

Əvvəlcə "Turan Tovuz" doğma meydanda "Zirə"ni sınağa çəkəcək. 

Günün son oyununda isə "Qəbələ" səfərdə autsayder "Səbail"lə üz-üzə gələcək.

Bu turun “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” oyunları şənbə, “Qarabağ”– “Neftçi” matçı isə bazar gününə təsadüf edəcək.

Azərbaycan Premyer Liqası
24-cü tur
24 fevral

14:00. "Turan Tovuz" - "Zirə"
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu.

19:00. "Səbail" - "Qəbələ"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
Bakı. "ASCO Arena".