“Turan Tovuz”dan minimal hesablı qələbə

turan-tovuzdan-minimal-hesabli-qelebe
Oxunma sayı: 1668

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün ilk görüşü Tovuzda baş tutub.

“Turan Tovuz” doğma meydanda avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən biri olan “Araz-Naxçıvan”la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Günün digər oyunu iki əzəli rəqib – “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək. Son iki oyunda qələbə qazanmış “ağ-qaralar” uğurlu seriyanı güclü rəqiblə oyunda da davam etdirmək istəyirlər.

Turun açılış oyununda “Sumqayıt” “Zirə”yə 0:3 hesabıyla uduzub. “Kəpəz” – “Şamaxı” və “Səbail” – “Sabah” matçları sabah keçiriləcək.

AZərbaycan Premyer Liqası
23-cü tur
16 fevral

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:0