Futbol üzrə Azərbaycan I Divizionunun 2016/2017-ci illər mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.
“Qafqazinfo” xəbərverir ki, I Divizionun son turunda keçirilən “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil edilib.
Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim ediblər.
Qeyd edək ki, komandanın kubokunun təqdim olunması mərasimina millət vəkili Qənirə Paşayeva da qoşulub.

















Son xəbərlər
Son Xəbərlər