TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə - Layihəni uğurla başa çatdırdı

turanbank-avropa-yenidenqurma-ve-inkisaf-banki-ile
Oxunma sayı: 827

TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihə uğurla tamamlanıb.

MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətini əhatə edən layihənin əsas məqsədi TuranBank-ın kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanmasından ibarət olub. Layihə nüfuzlu Biznes və Maliyyə Məsləhət (Business & Finance Consulting GMBH BFC) konsultasiya şirkəti tərəfindən uğurla icra edilib.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcək.

TuranBank

Bizimlə etibarlıdır...