TuranBank da özünüməşğulluq proqramına dəstək oldu - Fotolar

turanbank-da-ozunumesgulluq-proqramina-destek-oldu
Oxunma sayı: 1514

TuranBank əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına dəstək olub

“Qafqazinfo” xəbər verir ki, bank prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək verib.

TuranBank bu məqsədlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumuna qoşulub. Belə ki, dizayner kimi fəaliyyət göstərən Əliyeva Təranə və Quliyev Zəka bank tərəfindən kompüter monoblok, notebook və UPS, Sadıqov Qardaşxan isə döşəmə cilalama avadanlığı və sənaye tipli tozsoranla təmin olunublar.

Bank bütün proqram iştirakçılarını təbrik edib və gələcək işlərində uğurlar arzulayıb!