“TuranBank”ın Xırdalan şöbəsi fəaliyyətə başladı - Foto

turanbankin-xirdalan-sobesi-fealiyyete-basladi
Oxunma sayı: 1214

“TuranBank” özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq yeni Xırdalan şöbəsini müştərilərin ixtiyarına verib. 

“Qafqazinfo”nun məlumatına görə, yeni şöbə Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 1287-ci sahə ünvanında yerləşir.

“TuranBank”ın Xırdalan şöbəsində təqdim ediləcək xidmətlərə valyuta mübadiləsi, sürətli pul köçürmələri, kommunal ödənişlər, kredit ödənişləri (mədaxil), cari hesaba mədaxil, pos-terminal əməliyyatları, plastik kartların təhvil verilməsi kimi əməliyyatlar daxildir.

Əlavə məlumat üçün “TuranBank”ın “935” Məlumat Mərkəzi və ya (050) 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Bank və bank məhsullarına aid bütün yeniliklər haqqında “TuranBank”ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

TuranBank…

Bizimlə etibarlıdır