Turanın qalmaqallı verilişi yenə bağlandı?

turanin-qalmaqalli-verilisi-yene-baglandi
Oxunma sayı: 4020

Bu gün Turan İbrahimovun aparıcılıq etdiyi “ATV səhər” verilişi yayımlanmayıb. 

“Qafqazinfo” xəbər verir ki, həftə içi səhər saatlarında canlı yayımlanan proqram efirə getməyib. 

“ATV səhər”in yerinə  İlqar Mikayıloğlunun təqdim etdiyi “İlqarla bir gün” göstərilib.  Bundan sonra verilişin yenidən yayımdan qaldırılması barədə suallar meydana gəlib.  

“Qafqazinfo” mövzu ilə bağlı kanalın mətbuat xidmətdinin rəhbəri, sözügedən proqramın aparıcısı T. İbrahimovla əlaqə saxlamağa çalışsa da, telefona cavab verməyib. 

Qeyd edək ki, "ATV səhər" bir müddət əvvəl yayımını dayandırmışdı.