Turist avtobusu maralla toqquşdu - Yaralananlar var

turist-avtobusu-maralla-toqqusdu
Oxunma sayı: 815

Çexiyanın Semila rayonunda turist avtobusu maral ilə toqquşub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Libereç polisinin nümayəndəsi bildirib.

Məlumata əsasən qəza zamanı avtobusda 50 nəfər sərnişin olub. Hadisə nəticəsində 2-si ağır olmaqla, 5 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

Yaralılar qonşu şəhərlərdəki xəstəxanalara yerləşdirilib. Maralın taleyi barədə polis heç bir məlumat verilməyib.