Turistlər üçün 10 ən ucuz şəhər - - Siyahı

turistler-ucun-10-en-ucuz-seher-
Oxunma sayı: 1983


“Qafqazinfo” “Media forum” saytına istinadən bildirir ki, şəhərlərin reytinq cədvəli iki nəfərin 4 ulduzlu oteldə bir günlük gecələməsi, hava limanından şəhərə və şəhərdən hava limanına taksi xidməti, restoranda şam yeməyi, 5 ulduzlu mehmanxanada kokteyl içkisinin dəyəri nəzərə alınmaqla tərtib olunub.

2014-cü ilin yayı üçün ən ucuz şəhərlərin ilk onluğu belə sıralanıb:

1. Hanoy, Vyetnam (155,3 dollar)

2. Cakarta, İndoneziya (161 dollar)

3. Şarm-əl-Şeyx, Misir (162 dollar)

4. Banqkok, Tailand (164,7 dollar)

5. Sofiya, Bolqarıstan (190,5 dollar)

6. Keyptaun, CAR (193,5 dollar)

7. Mumbay, Hindistan (193,7 dollar)

8. Kuala-Lumpur, Malayziya (198,7 dollar)

9. Praqa, Çexiya (200,7 dollar)

10. Budapeşt, Macarıstan (203,4 dollar).

Turistlər üçün ən bahalı şəhər London hesab olunub. Burada iki nəfər üçün taksi, şam yeməyi, kokteyl və 4 ulduzlu oteldə bir günlük gecələmə 528 ABŞ dollarına başa gəlir.