İtaliyanın cənub-qərbində turistlərin olduğu təyyarə ilə helikopter toqquşub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər işləyir.
***
DHA-nın xəbərinə görə, hadisə Alp dağlarında baş verib.
Məlumata görə, "AS350" tipli helikopterlə "Jodel D.140E" tipli təyyarə toqquşub.
Axtarışlar nəticəsində daha bir nəfərin cəsədi tapılıb. Beləliklə, qəzada ölənlərin sayı 5-ə çatıb.
Son xəbərlər
Son Xəbərlər