Turizm İnformasiya mərkəzlərinin sayı 15-ə çatdı

turizm-informasiya-merkezlerinin-sayi-15-e-catdi
Oxunma sayı: 689


“Qafqazinfo” nazirliyinin saytına istinadən xəbər verir ki, bunlar, Qusar Turizm İnformasiya Mərkəzi, Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi, Bərdə Turizm İnformasiya Mərkəzi, Şəmkir Turizm İnformasiya Mərkəzi və Mingəçevir Turizm İnformasiya Mərkəzidir.

Bununla da ölkəmizdəki Turizm İnformasiya mərkəzlərinin sayı 15-ə çatıb.

Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

Turizm İnformasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.