Turizm və otelçiliklə bağlı göstərişlər açıqlandı

turizm-ve-otelcilikle-bagli-gosterisler-aciqlandi
Oxunma sayı: 2971

TƏBİB turizm və otelçilik sektorunda koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər hazırlayıb. 

“Qafqazinfo” turizm sektorunda çalışan əməkdaşlar və müştərilər üçün hazırlanmış qaydaları təqdim edir:

- Qonaq qəbulu masasında lazımi avadanlıq və tibbi ləvazimatların olması təmin edilməlidir;

- İstər qonaqlar arasında, istərsə də personal arasında ən azı 2 metr sosial məsafə qorunmalıdır;

- Əl gigiyenasına, əllərin spirt əsaslı məhlul ilə müntəzəm təmizlənməsi və ya sabun və su ilə yumaq aid edilir. Əllərin dezinfeksiya edilməsi qonaqlar ilə işçi arasında təmasdan sonra icra olunmalıdır;

- Öskürmə və ya asqırma zamanı ağız və burun birdəfəlik kağız salfet ilə və ya parça dəsmalla örtülməlidir.