“Türk Axını” layihəsinin başlanğıc tarixi ertələnib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə “Qazprom” sədr müavini Alexander Medvedev məlumat verib.
Medvedev layihənin baş tutma tarixinin 2016-ci ilin sonunda planlaşdırıldığını, ancaq tarixdə dəyişiklik olduğunu qeyd edib.
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin müavini Səfa Sadiq Aytəkin layihə ilə əlaqədar açıqlama verib:
“Rusiya ilə danışıqlar pozulmağa doğru gedir. Ruslar “BOTAŞ” və “Qazprom” arasındakı qiymətdə endirim müzakirələrini “Türk Axını”nda əsas şərt kimi ortaya qoydular. Biz isə bunu bir başlanğıc nöqtəsi olaraq düşünmüşdük. Türkiyədə hökumət qurulması mövzusunda bir irəliləmə olmadığı üçün vəziyyət bu hala çatdı. Tərəflər arasında danışıqlar donduruldu”.
Son xəbərlər
Son Xəbərlər