“Türk dövlətləri arasında ciddi platforma formalaşdırıldı”

“Türk dövlətləri arasında ciddi platforma formalaşdırıldı”
Oxunma sayı: 524

“Türk Dövlətləri Əməkdaşlıq Şurasının 10-cu yubiley Zirvəsinin təşkili və bu mərasimin Bakıda keçirilməsi çox böyük əhəmiyyətə malik hadisədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi ekspert Əlabbas Məhərrəmov müəllif yazısında bildirib. 

O qeyd edib ki, Türk dövlətləri arasında 10 il əvvəl Naxçıvanda imzalanmış sazişə qədər heç də asan olmayan yol qət edilib. Müəyyən səbəblərə görə Türk dövlətlərinin heç də hamısı bu prosesdə tərəddüdsüz iştirak etmirdilər.

Ancaq Azərbaycan və Türkiyə, o cümlədən, Qazaxıstan rəhbərliyinin cəhdləri nəticəsində Şura yaradıldı, Türk dövlətləri arasında birgəliyin genişləndirilməsi üçün ciddi platforma formalaşdırıldı.

Bu gün hətta Macarıstan da Türk Şurasında hələlik müşahidəçi statusunda təmsilçiliyə razılıq veribsə, deməli, bu format özünü doğruldub və ciddi perspektiv vəd edir.

Eyni zamanda, Özbəkistanın Şuraya qoşulması da Türk dövlətlərinin bir araya gəlmək zərurətini dərk etdiyinin göstəricisi sayıla bilər. İnanıram ki, Türkmənistan da əvvəl-axır bu inteqrasiya prosesinə qoşulacaq.

Bakıda keçirilən yubiley Zirvəsində verilən iqtisadi xarakterli birgə qərarlar ümumi əməkdaşlığın dərinləşdirilməsinə yönəlib və onların gerçəkləşdirilməsi iştirakçı dövlətlərin inkişafına  mühüm təkan verəcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi