Türk Dövlətləri Təşkilatı 20 Yanvar şəhidlərini andı

turk-dovletleri-teskilati-20-yanvar-sehidlerini-andi
Oxunma sayı: 680

Türk Dövlətləri Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, qurumun Tvitter hesabındakı paylaşımda deyilir:

“20 Yanvar 1990-cı il qardaş Azərbaycan xalqı üçün təkcə Hüzn Günü deyil, eyni zamanda, ölkəni müstəqilliyə aparan bir Şərəf günüdür.

Tarixə “Qara Yanvar” olaraq keçən bu günün qurbanlarını və vətən şəhidlərini hörmətlə anır, qardaş Azərbaycan xalqının kədərini bölüşürük”.