Niğde Ömer Xalisdəmir Universiteti, Qazaxıstan Qızları Pedaqoji Milli Universiteti və Bakı Avrasiya Universitetinin ortaqlığı ilə təşkil edilən 8-ci Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Niğde Ömer Xalisdəmir Universitetinin ev sahibliyi ilə başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, onlayn olaraq “Milli Kimlik və Dil” mövzusunda keçirilən tədbirdə Niğde Ömer Xalisdəmir Universitetinin rektoru Prof. Dr. Muhsin Kar, Qazaxıstan Qızları Pedaqoji Milli Universitetinin prorektoru Erkin Jumankulova, Bakı Avrasiya Universitetinin prorektoru Dos. Dr. Nigar Hüseynova, Simpoziumun Təşkilat Komitəsinin sədri Prof. Dr. Hikmət Koraş və çox sayda qonaq iştirak edib.
8-ci Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu, Simpozium Təşkilat Komitəsinin sədri Prof. Dr. Hikmət Koraşın açılış nitqi ilə başlayıb.
Simpoziumda 11 fərqli ölkədən 235 məqalənin qəbul edildiyini bildirən Prof. Dr. Hikmət Koraş, simpoziuma maraq göstərən və əməyi keçən hər kəsə təşəkkür edərək ifadələrini sona çatdırdı.
Bakı Avrasiya Universiteti prorektoru Dos. Dr. Nigar Hüseynova da simpoziumun açılışında çıxış edib.
Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun bir marka olduğunu və Türk dünyasından akademiklərin bir araya gəldiyi beynəlxalq bir platforma çevrildiyini bildirən Rektor Prof. Dr. Muhsin Kar, ilk simpozium üçün təyin olunan çağırış mövzularının hələ də aktual olduğunu əlavə edərək, qarşılaşdığımız çətinliklərin təsəvvürlü olmadığını və onlarla üzləşməli olduğumuzu açıqlayıb.
Sempozium 3 gün davam edəcək.




Son xəbərlər
Son Xəbərlər