Türk dünyası qadınlarının rolu mövzusunda konfrans - Yenilənib

turk-dunyasi-qadinlarinin-rolu-movzusunda-konfrans
Oxunma sayı: 880

Bu gün Milli Məclisdə TÜRKPA-nın birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans başlayıb.

“Qafqazinfo” xəbər verir ki, konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüsenynova, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Qulam İsakzai, türkdilli ölkələrin parlamentariləri, Milli Məclisin deputatları iştirak edir.

Qeyd edək ki, beynəlxalq konfrans təxminən 7 saat davam edəcək.

Konfrans iştirakçılarını salamlayan vitse-spiker Bahar Muradova qeyd edib ki, TÜRKPA-da birləşən dövlətləri və parlamentləri başqa təşkilatlardan fərqləndirən bir sıra mühum cəhətlər var: “Çünki TÜRPA dövlətlərini ümumi dil, din, kök, tarix, ənənələr bağlayır, birləşdirir. Odur ki, TÜRKPA türkdilli dövlətlərinin əməkdaşlığının inkişaf etdirilməsi və birgə qərar verilməsi baxımıdan çox mühum platformalardandır”.

Daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) toxunan B. Muradova burada 17 məqsədin, hədəfin əksini tapdığını bildirib və qeyd edib ki, bunlar arasında yoxsulluğa son qoyulması, təhlükəsizliyin təmin edilməsi, bərabərsizliyin aradan qaldırılması, ekoloji tarazlıq, iqlim dəyişikliyi ən mühüm hədəflərdəndir:

“Bu məqsədlərə, hədəflərə nail olunmadan digər hədəflərə çatmaq qeyri-mümkündür. Ümumiyyətlə, sülhə, təhlükəsizliyə nail olunmasında qadınların iştirakının artırılması vacibdir. Bu gün dünyanın sülhə, təhlükəsizliyə ciddi ehtiyacı var. Bu, bizim hər birimizin qarşısında duran bir çağırışdır. Odur ki, bu prosesdə qadınların da geniş iştirakı önəmli və əhəmiyyətlidir. Əgər belə olarsa, DİM-in hədəflərinə çatılması daha rahat və tez olar”.

***

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov çıxışında bildirib ki, birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir: “Ölkədə qadınlarla bağlı əməli addımlar atılır. Türk xalqları qadınlara əvəzolunmaz varlıq kimi yanaşır. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər. Üzv ölkələrdə gender bərabərsizliyi ilə normativ hüquqi baza yaradılıb. Son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”.

Günel Türksoy