Türk Dünyasının elm və təhsil liderləri Şuşada toplaşır

turk-dunyasinin-elm-ve-tehsil-liderleri-susada-toplasir
Oxunma sayı: 1905

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. 

Bildirilib ki, iclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.