Türk əsilli deputat da qətnaməni dəstəkləyib

turk-esilli-deputat-da-qetnameni-destekleyib
Oxunma sayı: 1901

Xəbər verdiyimiz kimi, bu gün Almaniya Parlamenti qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnaməni qəbul edib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qətnamə sənədinə Yaşıllar Partiyasının lideri, türk əsilli Cem Özdəmir də imza atıb. Yaxasına erməni nişanı taxan partiya lideri çıxışında Ənvər Paşanı və Tələt Paşanı “qatillər” adlandırıb və Türkiyə əleyhinə sərt ifadələr işlədib. C.Özdəmirin qalmaqallı çıxışı Türkiyədə etirazlara səbəb olub.

Aysel Kərimova