Türk Filmləri Həftəsi start götürdü - Fotolar

turk-filmleri-heftesi-start-goturdu
Oxunma sayı: 1457

Dünən Nizami Kino Mərkəzində 5-ci Türk Filmləri Həftəsi start götürüb. 

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində  “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorlar Yeliz Kuvancı ve Nisa Sofiya Aksongur, “Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan qatılıb. 

Açılış mərasimindən sonra kinoteatrın mətbuat zalında KİV nümayəndələrilə görüş keçirilib. Rəsmi hissədən sonra rejissor Şükrü Alaçam’ın “Locman” bədii filmi nümayiş olunub.