Türkiyə yığmasının və “Fənərbağça” klubunun sabiq futbolçusu Semih Şəntürk futbolçu karyerasını bitirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçunun özü məlumat yayıb.
Futbolçu karyerasının əsas hissəsini “Fənərbaxça”da (2001-2013) keçirən Şəntürk, “İzmirspor”, “Antalyaspor” və “Başakşəhər”də də top qovub. Onun son klubu “Əskişəhərspor” olub.
Qeyd edək ki, 35 yaşlı futbolçu Türkiyə millisinin heyətində 111 dəfə oynayıb və 44 qol vurub.
Son xəbərlər
Son Xəbərlər