Türk futbolçu rəsmən Bundesliqa klubunda

turk-futbolcu-resmen-bundesliqa-klubunda
Oxunma sayı: 2057

“Fənərbaxça”dan bir neçə gün əvvəl ayrılan Ömer Faruk Beyazın “Ştutqart”a keçidi rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Bundesliqa təmsilçisi Ö.F.Beyazın fotosunu sosial şəbəkə hesablarında paylaşaraq türkcə “Hoş geldin” ifadəsini yazıb.