Türk hakim Çempionlar Liqasının finalında

turk-hakim-cempionlar-liqasinin-finalinda
Oxunma sayı: 1423


 “Qafqazinfo” xəbər verir ki, Cüneyt Çakır mayın 24-də Lissabonda keçiriləcək Çempionlar Liqasının final matçında 4-cü hakim funksiyasını yerinə yetirəcək. Çakır bu mövsüm 4 Çempionlar Liqası və 3 Avro Liqa oyununda hakimlik edib. Beləliklə, “Real”Madrid “Atletiko” Madrid finalında stadionda iki türk, biri “Atletiko”Madridin ulduz futbolçusu Arda Turan, digəri isə FİFA referisi Cüneyt Çakır olacaq.  Çakır bu yay Braziliyada keçiriləcək dünya çempionatında da ölkəsini təmsil edəcək.

Qeyd edək ki, finalın baş hakimi  hollandiyalı Bjorn Kuipers olacaq.


İqbal