“Türk Hava Yolları” beynəlxalq uçuşlara qoyduğu məhdudiyyəti uzatdı

turk-hava-yollari-beynelxalq-ucuslara-qoydugu-mehdudiyyeti-uzatdi
Oxunma sayı: 1301

Koronavirus pandemiyası səbəbindən ölkədaxili və beynəlxalq uçuşları daha əvvəl aprelin 17-nə qədər dayandıran Türkiyənin “Türk Hava Yolları” aviaşirkəti bu müddəti mayın 1-dək uzadıb.

“Qafqazinfo” bildirir ki, bu barədə aviadaşıyıcının rəsmi saytında məlumat verilib. 

“Ölkədaxili reyslər yalnız Adana, Ankara, Antalya, Diyarbəkir, Ərzurum, Qaziantəp, İstanbul, İzmir, Kayseri, Konya, Malatya, Samsun, Trabzon və Van şəhərlərinə həyata keçiriləcək, bütün digər daxili reyslər isə 1 may 2020-ci il tarixinədək dayandırılır”, - məlumatda qeyd edilib.